Bakıda əməliyyat: 4 `reket jurnalist` saxlanıldı


18:36     15 İyul 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Bakıda "reket jurnalist"lərə qarşı əməliyyat keçirilib.


Femida.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 2248